HƏMAS-la müharibə başlayandan bəri ABŞ İsrailə böyük həcmdə  yardım edib

HƏMAS-la müharibə başlayandan bəri ABŞ İsrailə böyük həcmdə yardım edib

27 İyun 2024 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

HƏMAS-la müharibə başlayandan bəri ABŞ İsrailə 6,5 mılyard dollara yaxın yardım edib.

Bu barədə The Washington Post nəşrinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, bu vəsait İsrailin təhlükəsizliyinin təmin edilməsinə xərclənib.

Maliyyə vəsaitinin yarısı, təxminən 3 milyard dolları ötən ilin may ayında göstərilib.

Nəşr xatırladır ki, müharibə başlamazdan əvvəl də ABŞ İsrailə hər il 3,3 milyard dollar təhlükəsizlik yardımı verirdi.

Oxuməni.az