Çin, Qırğızıstan və Özbəkistan  arasında yeni dəmiryolu inşa ediləcək

Çin, Qırğızıstan və Özbəkistan arasında yeni dəmiryolu inşa ediləcək

21 İyun 2024 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çin, Qırğızıstan və Özbəkistan arasında yeni dəmiryolu inşa ediləcək. Bununla bağlı tərəflər arasında imzalanan üçtərəfli anlaşmaya görə, yeni dəmiryolunun inşasına bu ilin payızında başlanılacaq. Onun tikintisinin isə 6 ildən sonra başa çatacağı gözlənilir.

Uzunluğu 454 km olacaq dəmiryolunun 280 kilometri Qırğızıstan ərazisindən keçəcək. Dəmiryolunun inşası zamanı 18 stansiya, 81 körpü və 41 tunel inşa ediləcək. Bundan əlavə Qırğızıstanda xüsusi yükboşaltma bazası tikiləcək.

Dəmiryolunun inşası tam şəkildə başa çatandan sonra onunla ildə təxminən 15 milyon ton yük və 300 minə yaxın sərnişin daşınacaq.

Yeni dəmiryolunun inşası tərəflərə 4,7 milyard dollara başa gələcək. Çin çəkiləcək xərclərin yarısını maliyyələşdirəcək. Xərclərin 25 faizini Özbəkistan, 25 faizini də Qırğızıstan ödəyəcək. Bu marşrutun Rusiyadan yan keçməklə Çindən Avropaya uzanacaq Orta dəhlizin bir hissəsi olacağı gözlənilir.

Oxuməni.az