Finlandiya urana olan ehtiyacını özü təmin edəcək

Finlandiya urana olan ehtiyacını özü təmin edəcək

21 İyun 2024 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyadakı Sotkamo sənaye sahəsində təbii uran istehsalına başlanılıb. Bununla bağlı məlumat verən RBC yazır ki, uran istehsalı 2026-cı ildə 200 tona çatdırılacaq.

Bu vaxta kimi isə Finlandiya uranı xaricdən alırdı.

Onu da deyək ki, Finlandiyanın "Olkiluoto-3" atom elektrik stansiyası doqquz ay ərzində məhz bu qədər uran işlədir.

Mədəndəki uran ehtiyatları 30 il bəs edəcək. Onu da deyək ki, Finlandiyada dörd atom elektrik stansiyası fəaliyyət göstərir. Uranın böyük hissəsi emal edilmək üçün xaricə göndəriləcək.

Oxuməni.az