Ukrayna sakinləri yalnız 2028-ci ildə elektrik enerjisinin fasiləsiz verilməsini görə bilərlər

Ukrayna sakinləri yalnız 2028-ci ildə elektrik enerjisinin fasiləsiz verilməsini görə bilərlər

11 İyun 14:45
Bəyəndim (0) Bəyənmədim (0)


Hesablamalara görə Ukraynada 2028-ci ilə qədər elektrik enerjisi fasilələrlə veriləcək. Bu barədə xəbəri yerli mətbuat Enerji Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Xarçenkonun sözlərinə istinadən yayıb.

Mərkəz rəhbərinin sözlərinə görə, elektrik enerjisində fasilələr hər gün 8-10 saat davam edəcək və Ukrayna sakinləri yalnız 2028-ci ildə elektrik enerjisinin fasiləsiz verilməsini görə bilərlər.
Məlumat üçün bildirək ki, son iki ildə Ukraynada enerji sistemi müharibə vəziyyəti ilə əlaqədar olaraq çox pis vəziyyətə düşüb. Bərpa işləri ilə bağlı bütün dəqiq hesablamalar müharibə bitdikdən sonra mümkün olacaq...

Oxuməni.az