Masazırda 4 milyon 250 min manatlıq villa satılır

Masazırda 4 milyon 250 min manatlıq villa satılır

22 May 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Xüsusən də topraq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Əsasən, şəhərin mərkəzində, Mərdəkar, Badamdar, Şüvəlanda yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.

Yenisabah.az xəbər verir ki, bu dəfə 4 milyon 250 min manata satışa çıxarılan villa isə Masazırda yerləşir.

Lüks villa Masazırın giriş hissəsində, 17 sot ərazidə yerləşir və klassik üslubda təmir olunub.

Satıcı iddia edir ki, villanı çəkilən xərcdən 2 dəfə aşağı qiymətə satır.

Sözügedən villanın 1200 kvadrat metr sahəsi var və 10 otaqdan ibarətdir. Mülkdə olan bütün əşyalar İtalyadan sifarişlə gəlib və ev əşyaları ilə birgə satılır.

Oxuməni.az