"Ən zəngin ölkə" statusuna yeni namizəd

"Ən zəngin ölkə" statusuna yeni namizəd

4 Aprel 2011 15:35
Bəyəndim (0) Bəyənmədim (0)


Osmanlı İmperiyasının tərkibində ikən 'paşalıq' yerinə 'baş məmurluq' statusu verilən Qətər indi bölgəsinin həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli ölkəsinə çevrilib.

Qətər Liviyaya müdaxilə edən koalisiya güclərinə döyüş təyyarələriylə qatılaraq Körfəzin yeni qlobal gücü olma yolunda irəliləməkdədir. Qətər zəngin təbii qaz və neft yataqlarıyla bölgədə iqtisadi və diplomatik təsirini artırır. Ümumilikdə təxminən 1.7 milyon əhaliyə sahib Qətərin Beynəlxalq Pul Fondunun qiymətləndirməsinə görə, yeraltı qaynaqları sayəsində bu il adam başına düşən milli gəlirdə dünyanın ən zəngin ölkəsi olması gözlənilir.


Atasından 1995-ci ildə taxt-tacı təhvil alan Qətər əmiri Şeyx Hamad Min Xəlifə Əl Dan iqtidara gəlməsinin ardından ölkəni sürətlə müasirləşdirdi. Əmr xüsusilə təbii qazdan əldə etdiyi gəliri infrastruktur, təhsil, sağlamlıq və inşaata xərcləyir. Paytaxt Dohadakı göydələnlər daha əvvəl mirvariləri ilə məşhur olan şəhərin çöhrəsini dəyişdirib. Çox sayda beynəlxalq idman təşkilatına qapılarını açan Qətər 2022-ci ildə Dünya Futbol Kubokuna da ev sahibliyi edəcək. İndidən stadion inşaatı proyektlərinə başlanan Qətərdə yay aylarında təşkil ediləcək turnirdə oyunçuların və tamaşaçıların isti və nəmdən ən az təsirlənməsi üçün tədbirlər görülür.

O.M.