«Apple»-ın satış qadağası dayandırıldı
ABŞ-da Federal Apellyasiya Məhkəməsi sağlamlıq texnologiyaları şirkəti «Masimo» ilə patent mübahisəsinə görə «Apple»-ın ən yeni ağıllı saat modellərinin ABŞ-da satışını qadağan edən qərarı müvəqqəti olaraq dayandırıb.
ABŞ Beynəlxalq Ticarət Komissiyasının «Apple»-ın ağıllı saat modelləri, «Apple Watch Ultra 2» və «Apple Watch Series 9»-un idxalını və satışını qadağan edən qərarından sonra «Masimo»-nun şikayəti əsasında Apellyasiya Məhkəməsi «Apple»-ın qərarı dayandırmaq tələbini qiymətləndirib.
Məhkəmə «Apple»-ın ən yeni ağıllı saat modellərinin ABŞ-da satışını qadağan edən qərarı müvəqqəti olaraq dayandırıb.
Oxuməni.az
Digər xəbərlər