
İspaniya bu il rekord həcmdə Rusiya qazı alıb
2023-cü ildə İspaniya öz tarixində rekord miqdarda Rusiya qazı alıb.
Bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, bu ilin doqquz ayında Madrid 2018-ci illə müqayisədə altı dəfə çox Rusiya qazı idxal edib.
“Bu il İspaniyanın qaz sisteminin bütün tarixində ən çox Rusiya qazını aldığı il kimi başa çatacaq”, - nəşr yazır.
"El Mundo" qeyd edir ki, ABŞ indiyədək İspaniyanın qaz təchizatı bazarında Rusiyanı əvəz edə bilməyib.
FT qəzetinin məlumatına görə, Rusiya maye qazı Çin tərəfindən aktiv şəkildə Avropaya yenidən satılır.
Oxuməni.az
Digər xəbərlər