Belarusiyada Azərbaycan məhsullarının sərgisi təşkil olunacaq
Dekabrın 19-20-də Belarusiyanın paytaxtında Belarus-Azərbaycan biznes forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan məhsullarının sərgisi təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.
Biznes forum və sərgi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri iş əlaqələri qurmaq və məhsullarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 598-01-47/48.
O.M.
Digər xəbərlər











































































.jpg-2.jpg)












