Bəzi rayonlarda dəmiryolu kassaları ləğv ediləcək
Azərbaycanın bəzi rayonlarında dəmiryolu biletlərinin satışı ilə məşğul olan kassalar ləğv ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirovun sözlərinə görə, qurumun rəhbərliyi biletlərin onlayn satışı ilə əlaqədar olaraq bəzi rayon mərkəzlərində dəmir yolu biletlərinin satış kassalarını ləğv edib: "Artıq bu kassaları ləğv edirik və əhali əsasən onlayn sistemi ilə müraciət edir". Bu kassalarda çalışan kassirlər isə ixtisar edilir.
Xatırladaq ki, hazırda Azərbaycanın dəmir yolları sistemində biletlərin 30%-i "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi veb-saytı vasitəsilə onlayn rejimdə satılır.
O.M.
Digər xəbərlər

























































































