Özbək ərikləri Ermənistanda etirazlara səbəb olub
Ermənistanda bu il ərik həmişəkindən gec yetişib. Onlar Rusiya bazarına Özbəkistandan gələn meyvələrlə eyni vaxtda çıxıblar. Rəqabət qiymətlərin enməsinə və fermerlər arasında etirazlara səbəb olub.
Bu mövsüm erməni əriklərinin orta alış qiyməti 500 dramdan (1,31 dollar) 200-300-ə (0,52-0,78 dollar) düşüb. Fermerlərin gəliri 4000 dollardan 2000 dollara düşüb.
“Bu il Ermənistan və Özbəkistanın ərikləri eyni vaxtda Rusiya bazarına satışa çıxarıldı. Özbəkistandan gətirilən əriklər Rusiya bazarında olduğuna görə, Ermənistan əriklərinin qiymətləri çox aşağı olacaq”, - bu barədə “Spayka” şirkətinin nümayəndəsi bildirib.
Özbəkistan əriyinin keyfiyyəti çox əladır, qiyməti də çox ucuz. Qiymətlərin endirilməsi erməni fermerlər arasında etirazlara səbəb olub. Craşen və Ditak kəndlərinin sakinləri İrəvan-Artaşat avtomobil yolunu bağlayıblar.
E. Axund, Oxuməni.az




































.jpg)
.jpg)




.jpg)


















.jpg)























