Bu, Türkiyənin son şansıdır

Bu, Türkiyənin son şansıdır

4 Aprel 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Hyundai" şərt qoydu

""HYUNDAİ" İzmitdə bir təsis quracaq, 2 yeni model çıxarıb, 2 min adamı işlə təmin edəcək" - müjdəsiylə ümidlənən Türkiyənin xəyalı 2006-dakı kimi təhlükəylə qarşı-qarşıya durub. "Hyundai" şirkətlər qrupunun prezidenti S.Yanq yeni proyekti həyata keçirəcəklərini dilə gətirdi. Amma... Yalnız o halda ki, iki ölkə arasında tətbiq olunan 10 faiz gömrük vergisi aradan qaldırılsın. Yanq, "İzmit fabriki ilk körpəmiz olacaq və onu böyütmək niyyətindəyik... Ancaq gömrük vergisi bizə mənfi təsir göstərir. Avropa Birliyi iyuldan etibarən gömrük vergisini sıfıra endirir. Və təbii olaraq üstün hala gəlir. Bu, Türkiyənin son şansıdır, yoxsa yeni sərmayə haqda düşünmək belə gülüncdür. Əks halda, Çexiya Respublikasıyla müqavilə imzalamaq üçün masaya oturacağıq", - dedi.

O.M.