Çin Rusiya qazından imtina edir

Çin Rusiya qazından imtina edir

26 May 2023 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Türkmənistandan qaz tədarükü üçün Mərkəzi Asiya boru kəməri layihəsinə üstünlük verərək "Sibirin gücü-2" qaz kəmərinin tikintisini təxirə sala bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinə görə, yüksək çinli məmurlar və neft və qaz sənayesi nümayəndələri arasında, Rusiyanın təşviq etdiyi nəql gücü 50 milyard kubmetr həcmində olan"Sibirin gücü-2" layihəsi əvəzinə, Çin Türkmənistandan yeni bir qaz kəmərinə - "D xətti" layihsəinə üstünlük vermək barədə qərar qəbul edib.

Agentliyin həmsöhbətləri qeyd edirlər ki, Pekin Türkmənistan qazının rus qazından 30% baha başa gəlməsinə baxmayaraq layihəyə yaşıl işıq yandırıb.

Əziz Salam