Bəzi zəngin insanlar pullarını niyə İsveçrə banklarında saxlayırlar?

Bəzi zəngin insanlar pullarını niyə İsveçrə banklarında saxlayırlar?

18 May 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada bir çox insanlar pullarını təhlükəsiz saxlamaq üçün İsveçrə banklarına müraciət edirlər. İsveçrə banklarını bu qədər etibarlı edən amillər ölkənin tarixindən, istifadə etdikləri texnoloji sistemdən və iqtisadi sabitliyindən qaynaqlanır.

İsveçrəlilər uzun müddətdir ki, məşhurların, aktyorların, siyasətçilərin və ya iş adamlarının pullarını etibarlı şəkildə saxlayırlar və İsveçrə bankları bu baxımdan çox məşhurdur. Bəs İsveçrə banklarını digərlərindən fərqləndirən nədir?

Hər şey İsveçrənin ümumi tarixinə əsaslanır. Ölkə bir çox milli məsələlərdə, o cümlədən ikinci dünya müharibəsində neytral qaldı. Bu neytral mövqedən sonra bank sektorunu genişləndirən İsveçrə qısa zamanda “dünya bankiri”nə çevrildi.

Onun neytral mövqeyi müxtəlif diktatorlara və siyasi liderlərə İsveçrədəki pullarını qorumağa imkan verib. İsveçrənin dağlıq ərazisi də isveçrəlilərə super ölçülü gizli zirzəmilər yaratmağı asanlaşdırıb. Bundan əlavə, İsveçrənin iqtisadi sabitliyi də ölkəyə dərin inam yaratmışdır.

Vaxt keçdikcə İsveçrə təhlükəsizlik tədbirlərini artırdı və bir çox texnoloji sistemləri tətbiq etdi. Beləliklə, məhdud sayda insan istisna olmaqla, müştərilərin kimliyinə daxil olmaq qeyri-mümkün oldu. Bir adamın bank hesabını öyrənmək bir yana, hesabı olan şəxslərin adlarını öyrənmək belə mümkün deyildi.

Bu, şəxsi həyat üçün yaxşı şərait yaratsa da, zaman keçdikcə bir çox cinayətkarların dövlətlərdən pul qaçırmalarına səbəb oldu. 70-ci illərdə Amerikada narkotik ticarətçiləri pullarını İsveçrə banklarında saxlayanda, belə demək mümkünsə, iki ölkə arasında müharibə başladı.

Sentyabrın 11-də qüllələrə edilən hücuma görə ABŞ hökuməti İsveçrəni şübhəli hesabları ifşa etməyə məcbur etdi ki, bu da vəziyyəti daha da gərginləşdirdi. Bununla belə, 2018-ci ildən etibarən İsveçrə Federal Vergi İdarəsi banklarında hesabı olan şəxslərin məlumatlarını öz ölkələri ilə paylaşmağa başlayıb.

İsveçrə banklarının hələ də əvvəlki kimi etibarlı olduğunu söyləmək düzgün olmasa da, məxfilik və aktivlərin qorunması baxımından onlara yüksək etibar edilir.

Nəhayət İsveçrə banklarına müraciət edən şəxslərin yalnız pul qaçaqmalçılığı üçün gələn cinayətkarlar olduğunu söyləmək düzgün olmaz. Qanuni iş adamları və ciddi boşanma həlli kimi şəxsi vəziyyətdən qorunmaq istəyən insanlar İsveçrə banklarına müraciət edirlər.

Murad Şahməmmədov