Ukrayna ilə taxıl müqaviləsi uzadılmasa, dünyanı aclıq gözləyir

Ukrayna ilə taxıl müqaviləsi uzadılmasa, dünyanı aclıq gözləyir

12 May 2023 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumdünya Ərzaq Proqramının rəhbərindən xəbərdarlıq: Ukrayna ilə taxıl müqaviləsi uzadılmasa, dünyanı qidalandırmaq bizim üçün çətin olacaq və dünyanı aclıq gözləyəcək.

Ümumdünya Ərzaq Proqramının rəhbəri xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə taxıl müqaviləsindən çıxsa, dünyanı qidalandırmaq çox çətin olacaq.

BBC-yə məlumat verən Sindi Makkeyn bəyan edib ki, mayın 18-də başa çatacaq müqavilə yenilənməlidir. Taxıl ixracı sazişi davam edən müharibəyə baxmayaraq, Ukraynaya milyonlarla ton ərzaq göndərməyə imkan verib. Razılaşma ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb. Nəzərinəzə çatdıraq ki, bu müqavilə Ukraynanın 2022-ci ilin fevralında işğaldan sonra Rusiya hərbi gəmiləri tərəfindən bağlanan Qara dənizdəki limanlarından ərzaq məhsulları göndərə bilməsi və qlobal ərzaq böhranının öhdəsindən gəlməyə çox kömək etdi.

Murad Şahməmmədov