Rusiyanın ilk elektromobili Atom Moskvada təqdim edildi
Rusiyanın avtomobil istehsalçısı Kama rus elektromobilinin ilk funksional prototipini təqdim etdi. Kama şirkətindən verilən açıqlamada artıq sınaqlardan keçən Atom elektrik avtomobilinin 2025-ci ildə kütləvi istehsalına başlanacağı bildirilib. Əlavə olaraq qeyd edilib ki, nəqliyyat vasitəsi ölçülərinə görə A/B sinifli avtomobillərlə, komfort baxımından isə C/D sinifli avtomobillərlə müqayisə oluna biləcək. Atomun təkcə Rusiyada deyil, Çin, Cənub-Şərqi Asiya, Türkiyə və Hindistanda da satışa çıxarılması planlaşdırılır. Avtomobilin kütləvi istehsalı üçün Tatarıstanın Yarçallı şəhərindəki köhnə Ford zavodunun gücündən istifadə ediləcəyi təxmin edilir.
Murad Şahməmmədov
Digər xəbərlər








































































.jpg)
.jpg)
.jpg)














