AB-dən Amerikaya cavab: 47 milyard dollarlıq tarixi çip qanunu təsdiqləndi

AB-dən Amerikaya cavab: 47 milyard dollarlıq tarixi çip qanunu təsdiqləndi

20 Aprel 2023 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi bu yaxınlarda 47 milyard dollarlıq Avropa Çip Qanununu rəsmən təsdiqlədi. Bu qanunla qitə yarımkeçiricilərin tədarükünü təmin etməyi hədəfləyir.

Bu yaxınlarda qəbul edilmiş Avropa Çip Aktı bloka yarımkeçirici təchizatını təmin etmək, özünü təmin etmək və texnologiya üzrə ABŞ və Asiya ilə rəqabət aparmaqda kömək etmək məqsədi daşıyır. Qlobal çatışmazlıq böyük avtomobil istehsalçıları və elektronika istehsalçıları üçün təchizat problemlərinə səbəb olduqdan sonra yarımkeçiricilər bütün dünyada hökumətlər üçün ciddi problemə çevrilmişdi. Yeni qərarlara əsasən, Avropa xarici şirkətlərdən asılılığını azaltmaq üçün tədarük zəncirinə daha çox nəzarət etməyə çalışacaq.

“Avropa Çip Aktı” adlanan təşəbbüs bloka texnologiya üzrə ABŞ və Asiya ilə rəqabət aparmağa kömək etmək, bütün dünyada elektron məhsullar və cihazların arxasında duran kritik texnologiya parçası üzərində nəzarəti saxlamaq məqsədi daşıyır. Aİ Parlamenti və 27 üzv ölkə qanunvericiliklə bağlı razılığa gəlib. Açıqlamada bildirilib ki, yeni qaydalar 2030-cu ilə qədər Aİ-nin yarımkeçiricilər üzrə qlobal bazar payını 10%-dən 20%-ə çatdırmağı hədəfləyir.

İsveçin energetika naziri Ebba Buş çərşənbə bildirib ki, "Bu razılaşma yaşıl və rəqəmsal keçid üçün çox vacibdir, eyni zamanda Aİ-nin təlatümlü dövrlərdə dayanıqlığını təmin edir. Yeni qaydalar yarımkeçiricilər sektorunda Avropa üçün əsl inqilabdır". deyə o bildirib. Avropa yarımkeçirici çiplərə tələbatın 2030-cu ilə qədər iki dəfə artaraq 1 trilyon dollara çatacağını proqnozlaşdırır. 2021-ci ildə 1,1 trilyon mikroçip istehsal edilib və bu istehsalda Aİ-nin payı 10 faiz təşkil edir.

Avropa Çip Qanunu tədarük zəncirlərinin təmin edilməsinə, gələcək yarımkeçirici çatışmazlığının qarşısının alınmasına və sektora investisiyaların təşviqinə yönəlmiş 47 milyard dollar həcmində dövlət və özəl investisiya paketi kimi ümumiləşdirilə bilər.

Çip Qanununun üç əsas məqsədi var:

Genişmiqyaslı potensialın və innovasiyaların yaradılması.

AB-ni özünü təmin etmək.

AB-ni gələcək tədarük zənciri böhranlarına hazırlamaq.

Aİ-nin icra orqanı olan Avropa Komissiyasının bəyanatında deyilir ki, AB Çip Qanunu innovativ texnologiyaların sənayeləşməsini təşviq etmək üçün 6,2 milyard avro sərmayə qoyacaq. Qanun çərçivəsində yeni obyektlərin tikintisinə ciddi stimullar veriləcək. AB keçən il bu qanunun layihəsini hazırladığını elan etdi və o vaxtdan bəri qitəyə 100 milyard avroya yaxın dövlət və özəl investisiya öhdəliyi cəlb edilib.

Niyə vacibdir?

Yarımkeçiricilər və çiplər hər hansı bir elektron cihazın vacib hissəsidir. Onlar smartfonlardan tutmuş avtomobillərə qədər hər sahədə, hər cihazda istifadə olunur. Pandemiya dövründə yarımkeçiricilərdə və onların arxasında duran Şərqi Asiya əsaslı təchizat zəncirində yaşanan böhran bütün dünyada ciddi təsirlər göstərdi. Bu problem qrafik kartların, PS5 konsollarının və tapıla bilməyən avtomobillərin arxasında idi.

Tayvanın yarımkeçirici nəhəngi TSMC indiyə qədər ən böyük mikroçip istehsalçısıdır, lakin Çin və Tayvan arasındakı gərginlik mümkün təchizat böhranı üçün zəmin yarada bilər. Buna görə də, ABŞ-ın CHIPS Aktı və Aİ-nin Çip Aktı bu cür problemlərin bir daha baş verməməsi üçün istehsalın diferensiallaşdırılmasına yönəlib. Aİ-də hazırda TSMC və digərləri ilə rəqabət apara biləcək şirkətlər yoxdur. Ona görə də hazırlanan qanunun Aİ-yə investisiya cəlb etməsi gözlənilir. ABŞ-ın nəhəng çip istehsalçısı Intel, Avropaya investisiyalarını artıran şirkətlər arasındadır və Aİ daxilində çip istehsalını artırmaq üçün 33 milyard avrodan çox sərmayə qoymağı öhdəsinə götürüb. İngiltərədə çip şirkətləri hökumətdən analoji dəstək almadıqları üçün İngiltərəni tərk etməklə hədələyirlər. Səlahiyyətlilər Avropa daxilində daha çox yarımkeçiricilərin inkişaf etdirilməsini istəyirlər ki, böyük çatışmazlıq riski və ya milli təhlükəsizliyə təhdidlərlə üzləşməsinlər.

Murad Şahməmmədov