Rusiya İrana Azərbaycandan yan keçən marşrut təklif edib

Rusiya İrana Azərbaycandan yan keçən marşrut təklif edib

3 Mart 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İrana Azərbaycandan yan keçən yeni nəqliyyat marşrutu təklif edib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı sənədi Rusiya nümayəndə heyəti regionlararası əməkdaşlıq üzrə ikitərəfli işçi qrupunun beşinci iclasında İran tərəfinə təqdim edib.

Məlum olub ki, söhbət Xəzər dənizi üzərindən Volqadan başlayan, İranın Xəzər dənizindəki Enzeli limanında davam edəcək və Tehrandan 130 kilometr qərbdə yerləşən Qəzvin şəhərində başa çatacaq Yeni Nəqliyyat Marşrutundan gedir.

Rusiya bu logistika marşrutu ilə İrana kimya sənayesi məhsulları, tibbi avadanlıqlar, neft-qaz sənayesi üçün avadanlıqlar və digər mallar göndərməyə hazırdır.

Moskva, Sankt-Peterburq, Tatarıstan, həmçinin Lipetsk və Çelyabinsk bölgələrinin iş adamları İran əyalətləri ilə əməkdaşlıq etmək istədiklərini bildirirlər. Bu məqsədlə tərəflər müxtəlif hesablamalara görə, 2035 - ci ilə qədər İrana 60 milyon tona qədər yük çatdırılmasını təmin etməli olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirmək niyyətindədirlər. Artıq Xəzər dənizinin Rusiya limanları dəmir yolları şəbəkəsi vasitəsilə Baltik dənizi limanlarına daha da daşınması ilə 12 milyon tona qədər qəbul etməyə hazırdır.

Əziz Mustafa, Oxuməni.az