Moldova Rusiyanın enerji resurslarından azad olunduğunu elan edib

Moldova Rusiyanın enerji resurslarından azad olunduğunu elan edib

2 Mart 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova artıq Rusiyadan enerji təchizatından asılı deyil.

Oxuməni.az xəbər verir ki, bunu Moldovanın Baş naziri Dorin Reçan TVR telekanalının efirində deyib.

"Biz Rusiyanın qaz və ya elektriki olmadan sakit yaşamağa davam edə bilərik. Bu, əlbəttə ki, daha yüksək qiymətlər deməkdir və cəmiyyətin həssas təbəqələrinə və rəqabət qabiliyyətinin əziyyət çəkdiyi biznesə diqqət yetirmək lazımdır. Ona görə də müəyyən bir müddət üçün kompensasiya vasitələri tapmalıyıq",-deyə o bəyan edib..

Bununla yanaşı, Baş nazir qeyd edib ki, ölkə iqtisadiyyatı "enerji şoku"yaşayıb:

"Ancaq indi biz Rusiya qazından və ya elektrik enerjisindən asılı deyilik və uzunmüddətli dövrdə uğuru təmin etmək üçün iqtisadiyyata investisiya qoyacağıq. Yaşıl enerjiyə keçid üçün çox iddialı bir planımız var".

Onun sözlərinə görə, rəqabətli iqtisadiyyata keçid əlverişli investisiya mühitinə çıxmağa imkan verəcək.

Əziz Mustafa, Oxuməni.az