
Belçika 58 milyard avro Rusiya aktivləri dondurdu
Belçika Maliyyə Nazirliyi Rusiyaya məxsus 58 milyard avronu dondurdu. Rusiya ilə bağlı 191 milyard avro əməliyyatları da bloklandı.
Oxuməni.az xəbər verir ki, bu barədə Belçika maliyyə naziri Vincent Van Pytegem mətbuata açıqlamasında deyib.
58 milyard avro, bütün Avropa Birliyi ölkələri arasında ən böyük bloklanmış aktivdir. Belçikada bütövlükdə 1789 Rusiya şirkəti və ya qara siyahıya düşən şəxslərə məhdudiyyətlər tətbiq edib.
2022-ci ilin sonuna görə AB ölkələri Rusiya aktivlərinin 68 milyard avrosunu dondurdular. Ən çox bloklanma sayı Belçikanın payına düşür, Lüksemburq, İtaliya, Almaniya, İrlandiya, Avstriya, Fransada da Rusiya aktivləri bloklanıb. Bundan əlavə, Belçika Maliyyə Nazirliyi "Euroclear" depozitar tənzimləyicisinin hesablarında rus prezidentlərinin təxminən 1,8 trilyon rubl dondurulub.
E.Axund, Oxuməni.az