Rusiya İranda ən böyük sərmayəçiyə çevrilib

Rusiya İranda ən böyük sərmayəçiyə çevrilib

31 Yanvar 2023 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İranda ən böyük sərmayəçiyə çevrilib.

Oxuməni.az xəbər verir ki, bu barədə İranın “Donya-e Eqtesad” qəzetinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, 2022-ci ildə Rusiya bu göstəricidə Çini ötməklə İranda ən böyük investor olub. İranın İqtisadiyyat və Maliyyə Nazirinin müavini Əli Fekri nəşrə bildirib ki, 2021-ci ilin avqust ayından bəri Rusiya İranın qərbindəki İlam əyalətində cəmi iki neft layihəsinə 2,7 milyard dollar sərmayə qoyub. İranlı nazir müavininin sözlərinə görə, Rusiya investisiyaları həm birbaşa nağd, həm də xarici valyuta operatorlarının köməyi ilə həyata keçirilib.

Eyni zamanda, əhəmiyyətli maliyyə resurslarına malik olan Çin ötən il İrana investisiyalarını azaldıb, Çin ixracı ilə əlaqəli logistika mərkəzləri və sərhəd obyektlərinin tikintisi ilə məhdudlaşıb. İran iqtisadiyyatının digər əsas investorları Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Əfqanıstandır.

Fuad. Oxuməni.az