Donməz: Qara Dəniz qazı Türkiyənin 30 illik tələbatını ödəyəcək

Donməz: Qara Dəniz qazı Türkiyənin 30 illik tələbatını ödəyəcək

30 Yanvar 2023 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Qara dənizdəki qaz ehtiyatları yaxın 30 il ərzində ölkənin tələbatını ödəyə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Donməz İstanbulda "Türkiyənin enerji əsrində" forumunda çıxışı zamanı bildirib.

"Qara dənizdəki mövcud qaz ehtiyatları yaxın 30 il üçün ehtiyaclarımızı ödəyir. Yeni kəşf edilmiş yataqlarla bu müddət daha da artacaqdır. Ümid edirik ki, Qara dəniz qazının hasilatının birinci mərhələsi mart ayında başlayacaq", - deyə nazir bildirib.

Əziz Mustafa, Oxuməni.az