Haftar Rusiyaya xəyanət etdi və ABŞ kəşfiyyatına qucaq açdı

Haftar Rusiyaya xəyanət etdi və ABŞ kəşfiyyatına qucaq açdı

23 Yanvar 2023 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə Kremlin yaxın tərəfdaşı kimi tanınan Marşal Xəlifə Haftar ambisiyalarından imtina etməyə başlayıb

Oxuməni.az xəbər verir ki, Haftar prezidentlik uğrunda mümkün mübarizəni hər şeydə Qərbə yönəlməyi üstün tutan oğullarına həvalə etməyə hazır olduğunu açıqladı.

Qürurla özünü feldmarşal adalandıran bu şəxs rus müttəfiqləri Liviyadakı maraqlarını Qərbə satıb. Bunun üçün bu yaxınlarda Liviya Tripolitaniyasını və Kirenaikanı ziyarət edən MKİ direktoru Uilyam Berns ilə bir görüş bəs elədi.

Yeri gəlmişkən deyək ki, Berns ABŞ tərəfindən Haftara qarşı cinayət işi açıldığını və qazandığı varlıqlarının müsadirə ediləcəyini ona xatırladıb. Bütün bunlar da Haftara ağır təsir edib. O dərhal siyasətdən gedəcəyini və rəhbərliyi Qərbyönümlü siyasətə üstünlük verəən oğullarına verəcəyini Bernsə bildirib. Bernsə Rusiyadan üz döndərdiyini sübut etmək üçün o, Vaqnerlə bağlı bütün məlumatları və digər sirləri həmsöhbətinə verib.

Bütün bunlar isə Rusiyanın bölgədəki maraqlarına vurulan ən ağır zərbə olub.

Əziz Mustafa, Oxuməni.az