Kimlərin maaşı-təqaüdü nə qədər oldu? – Ümumi statistika

Kimlərin maaşı-təqaüdü nə qədər oldu? – Ümumi statistika

14 Yanvar 2023 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb.

Oxuməni.az xəbər verir ki, artımları şərh edən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manat ayrıldığını bildirib.

Onun sözlərinə görə, bu, büdcə xərclərinin 46.0 faizinin sosial sferaya yönəldiləcəyi deməkdir:

“Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq, sosial sferaya kifayət qədər böyük vəsaitin ayrılması reallaşacaq. Bu, müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır. Son sərəncamlar bir daha təsdiq edir ki, bu il də sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək”.

Kimlərin əmək haqları artıb?

Ekspert bildirib ki, dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

- Heydər Əliyev Mərkəzi;

- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

- Azərbaycan Atatürk Mərkəzi;

- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

- Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

- Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

- Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

- Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

- İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Yanvarın 1-dən sosial müavinətlər və təqaüdlər üzrə reallaşan artımlar:

- Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü - 600 manata

- Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) - 500 manat,

- 61-80 faiz pozulmasına görə (II dərəcə) - 400 manat,

- 31-60 faiz pozulmasına görə (III dərəcə) - 330 manat;

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 500 manat;

- Dəfn üçün birdəfəlik müavinət - 500 manat;

- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət - 300 manat;

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

- 81-100 faiz pozulmasına görə (I dərəcə) - 270 manat,

- 61-80 faiz pozulmasına görə (II dərəcə) - 220 manat,

- 31-60 faiz pozulmasına görə (III dərəcə) - 150 manat;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü - 300 manat;

- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü - 200 manat;

- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü - 330 manat;

- Yaşa görə müavinət - 220 manat;

- Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) - 120 manat;

- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət - 100 manat;

- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət - 105 manat;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 100 manat;

- Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:

- elmlər doktoru elmi dərəcəsinə görə - 500 manat,

- fəlsəfə doktoru elmi dərəcəsinə görə - 300 manat;

- Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

- “Xalq” fəxri adına görə - 200 manat,

- “Əməkdar” fəxri adına görə - 150 manat;

- Prezidentin fərdi təqaüdü - 1500 manat;

- Ali məktəb tələbələri üçün Prezident təqaüdü - 275 manat;

- Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:

- Doktorantura pilləsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün - 400 manat,

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün - 240 manat;

- Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

- magistratura səviyyəsi üzrə akademik göstəriciləri

- 91–100 bal olan tələbələr üçün – 195 manat,

- 71–100 bal olan tələbələr üçün – 160 manat,

- 51–100 bal olan tələbələr üçün – 110 manat;

- bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri

- 91–100 bal olan tələbələr üçün – 175 manat,

- 71–100 bal olan tələbələr üçün – 145 manat,

- 51–100 bal olan tələbələr üçün – 100 manat;

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:

- 91–100 bal olan tələbələr üçün – 100 manat,

- 71–100 bal olan tələbələr üçün – 80 manat,

- 51–100 bal olan tələbələr üçün – 66 manat;

Peşə təhsili müəssisələrində akademik göstəriciləri:

- “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün - 100 manat,

- “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manat,

- “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manat.