Donald Trampın vergi bəyannaməsi açıqlanıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Komitəsi illərlə davam edən məhkəmə çəkişmələrindən sonra cümə günü, dekabrın 30-da keçmiş prezident Donald Trampın 2015-2020-ci illər üçün vergi bəyannamələrini internetdə yayımlayıb.
Oxuməni.az xəbər verir ki, onlardan belə nəticə çıxır ki, Tramp bir neçə il ərzində daim öz sərvəti ilə öyünsə də, praktiki olaraq heç bir vergi ödəməyib.
Belə ki, 2016-cı ildə ABŞ prezidentliyinə seçildiyi il və 2017-ci ildə Tramp yüksək itkiləri əsas gətirərək federal vergi departamentinə hər birinə cəmi 750 dollar ödəyib. 2018-ci ildə Tramp çox milyon dollarlıq mənfəət elan edib və 1 milyon dollar vergi ödəyib. Bu arada, 2020-ci ildə keçmiş prezident xəzinəyə bir qəpik də ödəməyib.
Donald Tramp vergi bəyannamələrinin Nümayəndələr Palatasının Maliyyə Komitəsinə verilməməsi üçün illər boyu hüquqi mübarizə aparıb. Bir neçə həftə əvvəl o, Ali Məhkəmədə məğlub olub. Komitə üzvləri keçmiş prezidentin ilkin vergi bəyannamələrinin heç olmasa bir hissəsinin ictimailəşdirilməsinə səs veriblər.
E. Axund, Oxuməni.az