“Azərenerji” ASC ölkənin enerji sistemində baş vermiş qəza ilə əlaqədar açıqlama yaydı
"Azərenerji" ASC Azərbaycanın enerji sistemində bu gün səhər saatlarında baş vermiş qəza ilə əlaqədar açıqlama yayıb. Açıqlamada bildirilir: "28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub".
O.M.


































.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)




























