Ermənistanın işğalı nəticəsində Azərbaycana 431,5 milyard ABŞ dolları məbləğində ziyan dəyib

Ermənistanın işğalı nəticəsində Azərbaycana 431,5 milyard ABŞ dolları məbləğində ziyan dəyib

25 Sentyabr 2012 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi (İİN) dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənovun verdiyi məlumata görə, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ümumi ziyanı hesablanıb. Belə ki, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyanın məbləği 431,5 milyard ABŞ dolları həcmindədir.

Qeyd edək ki, bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb.

O.M.