9,4 milyard $-ın sahibi olan Facebook yaradıcısı 1 ildə 8,1 milyard $ itirdi

9,4 milyard $-ın sahibi olan Facebook yaradıcısı 1 ildə 8,1 milyard $ itirdi

20 Sentyabr 2012 08:58
Bəyəndim (0) Bəyənmədim (0)
“Forbes” jurnalının qənaətinə görə, ABŞ-ın ən zəngin insanı yenə də Bill Qeytsdir

"Forbes" jurnalı bu il də ABŞ-ın ən zəngin 400 insanının siyahısını hazırlayıb. Növbəti dəfə bu siyahıya 66 milyard $-la Bill Qeyts başçılıq edir. "Microsoft" şirkətinin yaradıcısı bu il aktivinə 7 milyard $ əlavə edib. İkinci yeri 46 milyard $-la Uorren Baffett adlı səhmdar tutur. Üçüncü yerin sahibi isə "Oracle" şirkətinin təsisçisi, 41 milyard $-ın sahibi Larri Ellisondur. 4 və 5-ci yerləri hərəsinə 31 milyard $-la Çarlz və Devid Kox qardaşları bölüşür. 6-9-cu yerlərin sahibi "Wal-Mart" pərakəndə ticarət şəbəkəsinin təsisçiləri olan 1 ailənin 4 üzvüdür. Belə ki, Kristi Uolton 27,9 milyard $, Cim Uolton 26,8 milyard $, Elis Uolton 26,3 milyard $, Robson Uolton 26,1 milyard $-ın sahibidir. İlk onluğu Maykl Blumberg 25 milyard $-la tamamlayır. O, bir il ərzində mülkiyyətini 5,5 milyard $ artıra bilib.

"Google" axtarış portalının təsisçiləri ötən il mülkiyyətlərinin həcmini 3,6 milyard $ artıraraq, hərəsinə 20,3 milyard $-la 13-14 yerləri bölüşürlər.

Maraqlıdır ki, ötən il "Facebook" yaradıcısı Mark Zukerberq üçün ürəkaçan olmayıb. 9,4 milyard $-ın sahibi olan gənc iş adamı uğursuz IPO nəticəsində 8,1 milyard $ itirərək 14-cü yerdən 36-cı yerə qədər düşüb.

O.M.