Bakının şadlıq evlərinin 35 ərzaq nümunəsində mikrobioloji çirklənmə aşkarlandı

Bakının şadlıq evlərinin 35 ərzaq nümunəsində mikrobioloji çirklənmə aşkarlandı

19 Sentyabr 2012 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, avqust ayı ərzində ölkənin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 83 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 926, mikrobioloji göstəricilərinə görə 832, toksikoloji göstəricilərinə görə 328, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-da orqanoleptik və fiziki-kimyəvi, 11-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 2304 yaxma nümunəsi, 17 soyuq qəlyanaltı nümunəsi götürülüb, 35 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Avqust ayı ərzində əhali arasında 135 qida zəhərlənməsi hadisəsi baş verib, 155 nəfər zərərçəkən olub.

O.M.