«Nar Mobile» şirkətinin bütün xidmətləri Bakı Metropolitenində fəaliyyət göstərəcək

«Nar Mobile» şirkətinin bütün xidmətləri Bakı Metropolitenində fəaliyyət göstərəcək

19 Sentyabr 2012 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın mobil rabitə operatoru olan "Nar Mobile" şirkətinin təqdim etdiyi 3G şəbəkəsi artıq Bakı Metropoliteninin bütün stansiyalarını əhatə edir. 2012-ci ilin əvvəlindən "Nar Mobile" şirkəti Bakı Metropolitenində ilk dəfə olaraq 3G xidmətlərinin tətbiqinə başlayıb. Abunəçilər mart ayında yalnız "Sahil", "Nizami" və "28 May" stansiyalarında qeyd olunan 2G/3G rabitədən istifadə edirdisə, hazırda həmin metro stansiyaların sayı 22-yə çatdırılıb, tunellərin isə 25%-i 3G şəbəkəsi ilə təmin olunub. Qalan tunellər rabitə xidməti ilə ilin sonuna kimi təmin olunacaq. Bununla da abunəçilər metroda hərəkət etdikləri vaxtda da zəng, SMS, internet, TV və digər xidmətlərdən istifadə edəcək.

Qeyd edək ki, hazırda "Nar Mobile" şirkətinin təqdim etdiyi 3G xidmətinin sürəti 15 Mb/saniyə təşkil edir.

O.M.