
Azərbaycanın rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-17, gündüz 17-21 dərəcə isti olacaq.
Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunması dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.
O.M.