Azərbaycanda havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir

Azərbaycanda havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir

7 Sentyabr 2012 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Havanın temperaturu gecə 16-21, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 8-də gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, axşam isə hava şəraitinin dəyişiləcəyi, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-şərq küləyi əsəcək.

O.M.