Çində 127 mlrd dollarlıq metro tikiləcək

Çində 127 mlrd dollarlıq metro tikiləcək

7 Sentyabr 2012 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Chine Daily-in verdiyi məlumata görə, Çin dövləti şəhərlərdə ümumi məbləği 800 mlrd yuan (127 mlrd dollar) olan 25 yeni dəmiryolunun tikilməsi layihəsini təsdiq edib. Bununla dövlət iqtisadi böhranı aradan qaldırmaq üçün infrastrukturun inkişafına kapital qoymağı planlaşdırır.

Hökumət ölkənin 18 şəhəri üçün bu layihəni təsdiq edib. Çin dövləti şəhərlərdə istər yeraltı, istərsə də yerüstü dəmiryolu magistrallarının uzunluğunun kəskin artımına hədəflənib. Güman edilir ki, metro xəttinin uzunluğu 2020-ci ilə qədər 4 dəfə artaraq 7 min kilometrə bərabər olacaq.

Yuxarıda bildirdiyimiz kimi, Çin iqtisadi böhranın nəticələrini infrastrukturun bərpası hesabına aradan qaldırmaq istəyir. Belə ki, keçən rübdə ölkənin iqtisadi artımı 7,6-ə qədər aşağı düşdüyü halda, illik ÜDM-un 7,5% artması gözlənilir. Keçən il isə bu göstərici 9,6% təşkil etmişdir.

Onu da qeyd etmək lazımdır ki, hakimiyyət orqanları 2008-ci ildə olduğu kimi iqtisadiyyatın stimullaşdırılması üçün çoxmiqyaslı proqramlar təklif etməyiblər. Həmin vaxtlarda hökumət iqtisadiyyata 4 trln yuan məbləğində kapital qoymuşdur ki, onun da bir hissəsi infrastrukturun inkişafına yönəldilmişdi.

O.M.