
Unibank pul köçürmələri üzrə dövriyyəsini 25% artırıb
Son bir il ərzində təcili pul köçürmələri sistemləri üzrə "Unibank"-ın dövriyyəsi 25,3% artaraq 60 milyon manata çatmışdır. Bankın filialları vasitəsi ilə yanvar-avqust aylarında 112,5 min təcili pul köçürməsi həyata keçirilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxudr.
Bu növ əməliyyatların orta aylıq sayı ilin əvvəlindən ikiqat artım nümayış etdirir. Nəticədə pul köçürmələri seqmentində Bankın aylıq dövriyyəsi yanvar-avqust aylarında 70% artıb, gün ərzində qeydə alınan köçürmələrin məcmu məbləği isə 500 min manata yaxınlaşır.
Maraqlıdır ki, Bakıdan kənar bölgələrdə fəaliyyət göstərən 9 filialda təcili pul köçürmələri üzrə əməliyyatların həcmi "Unibank"-ın ümumi dövriyyəsindən 43% təşkil edib. Bu zaman yalnız Gəncədə çalışan iki filialın payı avqust ayında 15%-yə çatıb.
Qeyd edək ki, hər pul köçürmə əməliyyatının orta məbləği Bank üzrə 545 manat təşkil edib. Gün ərzində 500$/500EUR (və ya 20000 RUR) və daha çox məbləğdə vəsait göndərən və alanlar "Unibank"-dan bonus kimi mobil telefon danışıqları üçün pulsuz kart əldə edirlər.
O.M.