
Dünyanın ən bahalı noutbuku satışa çıxarıldı
Londonun Luvaglio şirkəti öz müştərilərinə bir milyon dollar dəyərində noutbuk təqdim edir.
Lüks sinfinə məxsus mobil personal kompüter brilyant və digər qiymətli daşlarla bəzədilib. Bu yəqin ki, onu dünyanın ən bahalı noutbuku edir. Banker.az-ın xəbərinə görə, Britaniyanın elit şirkətlərindən biri olan Luvaglio-nun yaratdığı bu məhsul zahiri görünüşdən parlaq qara rəngli pianonu xatırladır.
Komplektə həmçinin qurğunun saxlanması və daşınması üçün dəbdəbəli çanta da daxildir. Texniki göstəricilər haqqında qısa şəkildə bunu demək olar: 17düym (1 düym 2.54 sm) ölçülü özünütəmizləmə xüsusiyyətinə malik, anti-reflektiv örtüklü ekran, 128 GB həcmi olan sərt disk, Blu-Ray texnologiyası və işə salma düyməsi qismində böyük brilyant daş.
O.M.
Digər xəbərlər