
Dünyanın ən yaşlı bankı borc içində üzür
İtaliyanın mərkəzi Toskan şəhərində yerləşən dünyanın ən qocaman bank təşkilatı hesab edilən və bu günə qədər fəaliyyət göstərən Banca Monte dei Paschi bankı İtaliyanın dövlət obliqasiyalarına həddindən artıq vəsait yatırmışdır. Banker.az-ın xəbərinə görə, Bloomberg tərəfindən sorğuya cəlb olunan analitiklər isə belə bir addımı yanlış hesab edirlər.
Əsası 1472-ci ildə qoyulmuş Monte Paschi bankı obliqasiyalara hətta İtaliyanın kapitallaşma həcminə görə ən nəhəng bankı olan UniCredit Spa-dan dörd dəfə daha çox pul qoymuşdur. Onun tərəfindən alınmış qiymətli kağızların son ödəmə müddəti isə İtaliyanın analoji göstəriciyə görə ikinci ən böyük bankı olan Banco Popolare SC –dən üç dəfə daha uzundur.
Eyni növ aktivlərə edilən yatırımlar bankda 3.3 milyard avro həcmində kapital defisitinə səbəb olmuşdur. Bunu Avropa Bank İdarəsi (EBA) tərəfindən aparılan stess-testlərin ikinci raundu birüzə etmişdir. Buna görə də ən qocaman bank son üç il ərzində artıq ikinci dəfə dövlətə maliyyə yardımı üçün müraciət etməli olub – o obliqasiyaların satışı əvəzinə dövlətdən 1.5 milyard avro yardım alacaq.
"Monte Paschi öz investisiyalarını bir növ aktiv üzərində cəmləyib və bunun əsas strateji səhvi olub. O əvvəl dayanıqlı bank idi, indi isə zəifləyib: onun düşdüyü vəziyyət bütünlüklə İtaliyanın verdiyi borcun keyfiyyətindən asılıdır" - JCI Capital Ltd firmasının idarəedici tərəfdaşı Fabrisio Kappan bildirdi – istiqazların ödənmə müddəti nə qədər böyük olarsa qiymətlərin dəyişməsi riski də bir o qədər böyükdür.
O.M.