Acer və Asus netbuk istehsalını dayandırır

Acer və Asus netbuk istehsalını dayandırır

6 Sentyabr 2012 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Əsasən istehsal etdikləri netbuklarla məşhurlaşan Asus və Acer kompaniyaları daha bu sinifdən olan qurğular istehsal etməyəcək. Banker.az-ın məlumatına görə, Eee PC netbuklarından imtinanını kompaniyanın başçısı Cerri Şen də təsdiq edib. Asus qurğuları ailəsində Eee PC netbuklarının yerini transformer planşetləri tutacaq. Onlara klaviatura qoşmaqla bu qurğuları netbuka çevirmək mümkündür. Acer istehsalçıları isə hələ ki, netbukdan imtina etməklərini rəsmi şəkildə təsdiqləməyiblər.

Netbuk istehsalından imtinanın səbəbi həm tələbatın aşağı düşməsi (insanlar netbuk əvəzinə planşet almağa üstünlük verir), həm də bazar tendensiyalarının və şəraitinin dəyişməsi ilə əlaqələndirirlər. Eyni zamanda 2012-ci ildə çıxan Windows 8 əməliyyat sistemi 1024×600 ölçülü ekranları dəstəkləmir. Metro proqram təminatı onlarda işə düşmür.

O.M.