Sabah hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir

Sabah hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir

5 Sentyabr 2012 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 06-da hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyinin güclənəcəyi, axşam isə mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.

Sentyabrın 06-da hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

O.M.