Sentyabra olan hava proqnozu

Sentyabra olan hava proqnozu

31 Avqust 2012 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrda yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının respublika üzrə miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacaq.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 15-20, gündüzlər 24-29 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-23 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 14-19, ayın sonunda 10-14, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 14-16 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 9-14, gündüzlər 15-20 dərəcə olacaq, bəzi günlərdə 23-26 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-50 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 29-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15, gündüzlər 20-25 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 27-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-120 mm) olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 20-22, dağlarda 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 29-32 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

O.M.