Sabah Bakı bulvarında min nəfərlik pomidor-yumurta bişiriləcək
Azərbaycan tarlalarında yetişdirilən ən seçmə pomidorlardan hazırlanmış "Bizim tarla" markası paytaxt sakinlərinə xoş anlar yaşadacaq.
"Apa-nın xəbərinə görə, "Bizim tarla" marka heyəti 1 sentyabr saat 19:00-da şəhər sakinlərini, xüsusilə "Bizim tarla" istehlakçılarını dənizkənarı Milli Parka dəvət edir.
Tədbirdə məşhur aşpaz Fərhad Aşurbəyli "Bizim tarla" soyulmuş pomidor məhsulundan 1000 porsionluq nəhəng tavada hər kəsin sevdiyi qəlyanaltılardan biri olan pomidor-yumurta bişirəcək.
İstehlakçılar tərəfindən daim rəğbətlə qarşılanan və milli markamıza çevrilmiş "Bizim tarla" məhsulları ölkəmizin hüdudlarından kənarda da daim rəğbətlə qarşılanır. Xanımların həyatını asanlaşdıran "Bizim tarla" dadı, ləzzəti və təbiiliyi ilə daim yeniliklərə imza atır. Bu marka bol çeşidi ilə ölkəmizin zəngin təbiətini, ləziz meyvə-tərəvəzlərini ilin hər fəslində süfrəmizə gətirməklə hər birimizin sevimlisinə çevrilmişdir.
"Bizim Tarla" markasının fərqli tutma, kürü, kompot, mürəbbə, salat hazırlamaq üçün yaşıl noxud və yeməklərə xüsusi ləzzət qatmaq üçün soyulmuş pomidor məhsulları istehlakçılara təklif olunmaqdadır.
O.M.