Abşeronda küləkli hava nə vaxtadək davam edəcək?

Abşeronda küləkli hava nə vaxtadək davam edəcək?

31 Avqust 2012 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 01-də hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
Sentyabrın 03-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

O.M.