Bu gün Sabunçu-Zabrat yolu açılıb

Bu gün Sabunçu-Zabrat yolu açılıb

28 Avqust 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarından etibarən iyunun 5-də təmirlə əlaqədar bağlanan şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsi avtomobil hərəkəti üçün açılıb.

Bu barədə Apa-ya Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahədə 300 metrlik yol bağlı qalmışdır ki, bu gün səhər saatlarında sözügedən yol hərəkət üçün tamamilə açılıb: "Hazırda bu hissədə xətləmə işləri və Babək küçəsində 18 metrdən 22 metrədək genişləndirilən 200-250 metr hissənin asfalt-beton örtüyü ilə çəkilməsi işləri qalıb ki, bu işlər də yaxın 2-3 günə başa çatdırılacaq". P.Mürsəliyev onu da qeyd edib ki, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahə avtomobillərin hərəkəti üçün tam istifadəyə verilib.

O.M.