Leysan yağışları çaylarda suyun səviyyəsinin artmasına səbəb oldu

Leysan yağışları çaylarda suyun səviyyəsinin artmasına səbəb oldu

24 Avqust 2012 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqustun 23-də gün ərzində, 24-də gecə və səhər Lənkəran-Astara bölgəsinə yağan leysan yağışları nəticəsində Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 61 sm, Lənkərançay-Sifidorda 20 sm, Vəşərüçay-Daştatükdə isə 30 sm artım qeydə alınmışdır.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 100-170, Naxçıvan MR çaylarında isə 135, ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur, 450-1000 faiz təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 100 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 102 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Avqustun 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 113 m3/s təşkil etmiş və ongünlük normanın 165 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda 6 sm, Bankədə 25 sm azalma qeydə alınmışdır. Şirvanda isə suyun səviyyəsində dəyişiklik baş verməmişdir.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2011-ci il avqustun 24-də 444 sm), Şirvanda 204 sm (2011-ci il avqustun 224-də 323 sm ), Salyanda 152 sm (2011-ci il avqustun 24-də 324 sm), Bankədə 216 sm (2011-ci il avqustun 24-də 259 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il avqustun 24-də 158 sm) təşkil edir.

O.M.