Yaxın 2 gündə rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

Yaxın 2 gündə rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

23 Avqust 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Avqustun 24-də Azərbaycanın rayonlarında əsasən cənub və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

O.M.