Vladimir Putin neftin qərb tərəfindən təyin edilmiş qiymətinə satışını qadağan edib

Vladimir Putin neftin qərb tərəfindən təyin edilmiş qiymətinə satışını qadağan edib

28 Dekabr 2022 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin qərb tərəfindən təyin edilmiş qiymətdən istifadə edən ölkələrə və şirkətlərə neft satışını qadağan edən fərman imzalayıb.

Oxuməni.az xəbər verir ki, qadağa fevralın 1-dən qüvvəyə minəcək və ən azı iyulun 1-dək davam edəcək. Eyni zamanda, sənəddə dövlət başçısının xüsusi icazəsi ilə istisnaların edilə biləcəyi vurğulanır.

Dekabrın əvvəlində Avropa İttifaqı, G7 ölkələri və Avstraliya bir barel Rusiya nefti üçün 60 avro həddini tətbiq ediblər. Eyni zamanda, Rusiya neftinin dəniz yolu ilə daşınmasına qadağa qoyublar.

Bu müddəanın hazırlanması prosesində Rusiya səlahiyyətliləri zərərlə ticarət etməyəcəklərini bildirmişdilər. Eyni zamanda, Vladimir Putin Rusiya büdcəsinin "qiymət tavanından" itki verməyəcəyini bildirib. Baş nazirin müavini Aleksandr Novakın sözlərinə görə, hasilatı 5-7% azaltmaq lazım gələcək.

İndi Moskva qərb tərəfinin qazın maksimal alınma qiymətinə cavabın üzərində işləyir. Bir həftə əvvəl Aİ fevralın ortalarından etibarən alışların dəyərini meqavat/saat üçün 180 avro ilə məhdudlaşdıracaqlarını elan etdi.

E. Axund, Oxuməni.az