Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Qara dənizdə yeni qaz yatağı tapılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Qara dənizdə yeni qaz yatağı tapılıb

27 Dekabr 2022 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan bildirib ki, Qara dənizdə ehtiyatları 58 milyard kubmetr olan yeni qaz yatağı aşkarlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında gedən yazılarda deyilir.

Sakarya qaz yatağında aparılan işlər zamanı yeni təbii qaz ehtiyatları aşkar edilmişdir. Türkiyənin "Fatih" qazma gəmisi "Türkəli-1" və "Türkəli-2" axtarış quyularında qaz ehtiyatları aşkar edib.

Nəşrin məlumatına görə, bu barədə Türkiyə Prezidentinə hökumətin iclasında energetika və təbii sərvətlər naziri Fatih denmez məlumat verib.

Əziz Mustafa, Oxuməni.az