Azərbaycanda ekologiyanı korlayanlar 15 gün ərzində 84150 manat məbləğində cərimə olundular

Azərbaycanda ekologiyanı korlayanlar 15 gün ərzində 84150 manat məbləğində cərimə olundular

22 Avqust 2012 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 avqust tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli məcburi göstəriş verilmişdir.

Ümumilikdə, 39 iş üzrə 84150 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 1413.67 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 142 iş üzrə 28487.4 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8, məhkəməyə 7, icra qurumlarına isə 44 iş göndərilmişdir.

O.M.