"Laçında 50 milyard dollardan çox ehtiyatı olan nəhəng qızıl mədəni var..."

"Laçında 50 milyard dollardan çox ehtiyatı olan nəhəng qızıl mədəni var..."

6 Noyabr 2022 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Hələ sovet illərində Qarabağda 70-100 min ton uran aşkar edilmişdi..."

Noyabrın 5-də Ermənistan paytaxtında Rusiyayönlü müxalifətin təşəbbüsü ilə "Artsaxa dəstək" şüarlarıyla keçirilən növbəti mitinqdəki çıxışlar revanşist, irqçi niyyətli haykların əsl çirkin niyyətlərini üzə çıxarır....

"Böyük qızıl ehtiyatlarından biri Qarabağdadır, biz Mardakerti(Ağdərə-S.L.)də çox yaxşı tanıyırıq. Berdzorda(Laçında-S.L.) 50 milyard dollardan çox qızıl ehtiyatı olan nəhəng qızıl mədəni var".

"Hraparak" nəşrinin yazdığına görə, bu barədə jurnalist Nairi Xoxikyan Fransa meydanında mitinqdəki çıxışında bildirib.

“Deyirlər: Qarabağı verək, dinc yaşayaq. Biz sülh içində yaşamayacağıq, sülh içində yaşamaq kifayət deyil, düşməni də zənginləşdirəcəyik. Sərvətimizi verəcəyik. Qarabağ və Zəngəzur dünya uran ehtiyatlarının böyük bir hissəsini ehtiva edir. Hələ sovet illərində Qarabağda 70-100 min ton uran aşkar edilmişdi. Bir kq uranın qiyməti 1000 dollardan artıqdır, özünüz araşdırma aparın. Sizə bildirmək istəyirəm ki, Qarabağ bizim üçün yeganə vətəndir, düşmən üçün isə sadəcə, sərvətdir”, -deyə N.Xoxikyan çərənləyib.moderator.az