Sabahdan havanın temperaturu aşağı düşəcək

Sabahdan havanın temperaturu aşağı düşəcək

9 Avqust 2012 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 10, əsasən də 11-də qısamüddətli şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu 2-3 dərəcə aşağı enəcək. Ayın 10-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 32-36 dərəcə, avqustun 11-də 30-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 10 və 11-də hava əsasən yağmursuz keçəcək. Ayın 10-da Aran rayonlarında havanın temperaturu 33-38, dağlarda 24-29 dərəcə olacaq. Ayın 11-də də bölgələrdə temperatur 33-38 dərəcə olacaq. Lakin ayın 12-də bəzi yerlərdə 40 dərəcə isti gözlənilir.

O.M.