Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 19 % artırılır

Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 19 % artırılır

25 Oktyabr 2022 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan hökuməti gələn il sadələşdirilmiş vergi üzrə daxilolmaların 278,6 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Oxuməni.az "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,6 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.